Dollarla bağlı çox VACİB AÇIQLAMA

İQTİSADİYYAT
11:05 20.03.2023
1466
Böyük Britaniya, Aİ, Kanada, İsveçrə, Yaponiya və ABŞ Federal Sisteminin mərkəzi bankları maliyyə böhranı şəraitində bazarda dollar vəsaitlərinin təklifini artırmaq üçün əlaqələndirilmiş tədbirlər haqqında razılığa gəliblər.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, bu barədə tənzimləyicilərin bazar ertəsi yaydığı birgə məlumatda deyilir.

İlk dəfə olaraq Yaponiya və digər ölkələrin mərkəzi bankları 2008-ci ildə baş verən maliyyə böhranı zamanı əsas valyuta olan dolların təklifini koordinasiya ediblər.
Koronavirus pandemiyasının başlamasından dərhal sonra 2020-ci ilin mart ayında dollar fondu təkliflərini genişləndirmək üçün oxşar addımlar atılıb.

OXŞAR XƏBƏRLƏR