"Don Marleone" Masallıda izləyiciləri ilə görüşüb

"Don Marleone" Masallıda izləyiciləri ilə görüşüb
SOSİAL
15:15 25.04.2017
1083

 

Həftə sonu "Don Marleone" filminin aktyorları Park Cinema Masallıda imza günü keçirib.

AZXEBER.COM bildirir ki, aktyorlar Rüstəm Cəbrayılov, Natavan Əfəndiyeva, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, rejissor Elmar Bayramov, kolorist Könül Kəngərli ilk öncə "ASAN Həyat" kompleksi ilə tanış olublar, daha sonra isə pərəstişkarları ilə görüşüb, birlikdə filmi izlədilər.

Qeyd edək ki, action və triller janrında çəkilmiş bu film məhşur "Xaç atası" filminə parodiya olduğu üçün komedik elementlərlə də zəngindir. Filmi Park Cinema kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR