ABŞ Prezidenti Donald Tramp avtomatik imza qurğusu ilə imzalandığı üçün sələfi Cozef Baydenin əfv fərmanlarının etibarsız olduğunu hesab edir.
AZƏRTAC verir ki, Donad Tramp bunu özünün sosial media hesabında yazıb.
"Cozef Baydenin əfv fərmanları avtomatik imza qurğusu ilə imzalandığı üçün etibarsız, mənasız və etibarsız sayılır. Ona bu sənədlərin nə olduğu deyilməyib və o, sənədləri təsdiqləməyib”, – deyə dövlət başçısı bildirib.
Donald Tramp, həmçinin bu işi aydınlaşdırmaq üçün ən yüksək səviyyədə araşdırma aparılacağını vəd edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Cozef Bayden 39 məhbusu əfv edib və daha 1500 nəfərin cəzasını yüngülləşdirib. Sabiq prezident, həmçinin vəzifədən getmədən öncə bəzi ailə üzvlərini əfv etmək qərarına gəlib.