Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”

Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”
DÜNYA
18:21 13.03.2018
2107

Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

"Report” "Haberler”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

"İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, - o vurğulayıb.

"Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.

OXŞAR XƏBƏRLƏR