Donald Tramp və Kriştianu Ronaldu arasında görüşün videosu yayımlanıb

Donald Tramp və Kriştianu Ronaldu arasında görüşün videosu yayımlanıb
DÜNYA
22:59 19.11.2025
125
ABŞ prezidenti Donald Tramp və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu arasında görüşün videosu sosial şəbəkələrdə yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, kadrlarda Ronaldu və nişanlısı Corcina Rodrigesin Ağ Evdə Tramp ilə gülərək söhbət etdikləri görüntülənib.

Ağ Evin paylaşımında "Tarixin iki ən böyüyü. CR7 x 45/47" sözləri yer alıb. Bu, Ronaldunun forma nömrəsinə və Trampın həm 45-ci, həm də 47-ci prezident olmasına işarədir.

Qeyd edək ki, 40 yaşlı Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və bir çox rekordların sahibidir. O, 2022-ci ildən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.

OXŞAR XƏBƏRLƏR