ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə arasında telefon danışığı baş tutub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, telefon danışığı bir saatdan çox davam edib.
Söhbət zamanı Ukraynanın Rusiyadakı aerodromlara hücumları müzakirə olunub.
Tərəflər arasında telefon danışığının baş tutduğunu Kremlin mətbuat katibi Dmitri Peskov da "TASS" agentliyinə təsdiqləyib.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən bəri iki lider arasında dördüncü telefon danışığıdır. Sonuncu danışıq 19 may tarixində, İstanbulda Moskva ilə Kiyev arasında bərpa olunan danışıqların ilk raundundan sonra həyata keçirilmişdi.