Donald Tramp: Yadplanetlilər gerçək ola bilər

Donald Tramp: Yadplanetlilər gerçək ola bilər
DÜNYA
14:16 14.06.2024
159
ABŞ-nin keçmiş prezidenti Donald Tramp yadplanetlilərin mümkün ola biləcəyini deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, youtuber Loqan Paulun proqramında qonaq olan Donald Tramp yerdən kənar həyatın mümkünlüyü və naməlum anomal hadisələrin yadplanetlilərin ola biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Ətrafda qəribə cisimlər gördüklərini söyləyən insanlarla görüşdüyünü ifadə edən Tramp prezident olduğu müddətdə bu fenomeni araşdırmaq üçün vaxt keçirdiyini qeyd edib.

Tramp şəxsən yadplanetlilərə inanmadığını bildirsə də, onların real ola biləcəyini vurğulayaraq bildirib:

"Mən yadplanetlilərin varlığından heç vaxt əmin deyildim. Ancaq çoxları bunun doğru olduğuna inanır. Çox ağıllı insanlar bunun doğru olduğunu düşünür. Çox mümkündür ki, orada nəsə baş verir. Niyə də olmasın. Kainata bir nəzər salın. Bir-birindən fərqli planetləri görmək olur. Biz nisbətən kiçik bir planetik.  Niyə 400 dəfə böyük bir planet də olmasın ki. Niyə orada bir şey, kimsə olmasın?”.

Nəzrin
OXŞAR XƏBƏRLƏR