ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı vəfat edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 74 yaşında vəfat edib.
Gündəmi yaradan onun ölüm xəbəri ilə bağlı ən təəccüblü açıqlama ABŞ-ın məşhur "The New York Times” qəzetindən gəlib. Qəzetdə yer alan xəbərə görə, polis "qəza kimi görünən" ölümü araşdırır.
Məşhur qəzetin bu iddiası İvana Trampın ölümü ilə bağlı suallar yaradıb.
Ayşən