Donald Trampın nəvəsi Çində məşhurlaşdı - VİDEO - FOTO

DÜNYA
15:37 16.11.2016
1990
ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş milyarder Donald Trampın 5 yaşlı nəvəsi Arabella Çində məşhurlaşıb.
 
AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, Tramnın qızı İvanka bu ilin fevral ayında Arabellanın Çin dilində şeir dediyi anların videosunu İnstaqram-da paylaşmışdı.
 
Həmin video indi Çindəki sosial şəbəkələrdə sürətlə yayılır.
 
İvanka Trampın və Cared Kuşnerin qızları Arabella Çin stilli paltarda duraraq Tan sülaləsinin mənsubunun şeirindən bir neçə sətir oxuyur. Video Çində Yeni il ərəfəsində çəkilmişdi.
 
Arabella da ailə üzvləri qarşısında "çıxış" etmişdi.




 

OXŞAR XƏBƏRLƏR