Donald Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola bilər

Donald Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola bilər
DÜNYA
13:24 31.08.2025
492
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o, bu barədə Yaponiyanın Nikkei qəzetinə müsahibəsində bildirib.

"Yox demirəm, amma bəli də demirəm”, – deyə Erik Tramp vurğulayıb. Onun sözlərinə görə, prezidentliyə namizədliyini heç vaxt tam olaraq istisna etməyib, lakin biznes sahəsini daha çox sevdiyini etiraf edib.

Erik Tramp hazırda kriptovalyuta sahəsində fəaliyyət göstərən World Liberty Financial şirkətinə rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR