"Ən çətin və ağrılı döyüşlərdən biri Donbasdadır".
AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Voldimir Zelenski xalqa müraciətində söyləyib.
Zelenski bildirib ki, Ukrayna əsgərləri Ukraynanın qələbəsini daha da yaxınlaşdırıb: "Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir".
Baxmut, Uqledar, Avdiyiv, Seversk, Svatovsk, Liman və Zaporojye istiqamətlərində dövləti müdafiə edən hər kəsə Zelenski təşəkkür edib.
Günel