Dondurma ilə yayılan bakteriya can aldı

Dondurma ilə yayılan bakteriya can aldı
DÜNYA
14:16 23.08.2023
228
ABŞ-də üç nəfər "Listeria” bakteriyası ilə çirklənmiş süd kokteyllərini qəbul etdikdən sonra ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərində dondurma aparatlarının düzgün təmizlənməməsi nəticəsində ortaya çıxan "Listeria” bakteriyası ilə çirklənmiş "milkshake” adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Vaşinqton ştatının Səhiyyə Departamenti hadisə ilə bağlı açıqlama verib. 

Səlahiyyətlilər "Frugal” adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qida yoluxucu "Listerioz epidemiyası”na səbəb olduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR