“Donuz qripi” Türkiyəni cənginə alıb – Xəstə sayı 463-ə çatdı

DÜNYA
15:30 13.01.2016
1682
Türkiyədə “donuz qripi”nə yoluxanların sayı 463 nəfərə çatıb.
Türkiyənin Səhiyyə Nazirliyi “donuz qripi” şübhəsi ilə xəstəxanalara 2905 xəstənin müraciət etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, müraciət edənlərin 463-ündə H1N1 virusu aşkar edilib. Həmçinin virusa yoluxanların arasında digər ölkələrin vətəndaşlarının olduğu da bildirilib.
Xatırladaq ki, bu günə kimi Türkiyədə 14 nəfər “donuz qripi”ndən ölüb.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR