Doqquz Azərbaycan vətəndaşı Rusiyadan qovulur

Doqquz Azərbaycan vətəndaşı Rusiyadan qovulur
10:57 22.02.2013
1074

APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, təhqiqat zamanı saxlanan şəxslərin Rusiya ərazisində qeyri-leqal yaşadığı məlum olub və onların deportasiya olunması barədə qərar çıxarılıb. 

Xatırladaq ki, azərbaycanlıların iştirakı ilə kütləvi dava fevralın 19-da Sankt-Peterburqun cənubunda baş verib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan verilən məlumata görə, davaya səbəb gəlinin toy ərəfəsində qaçırılması olub. Dava nəticəsində dörd nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı 28 nəfər saxlanıb. 

OXŞAR XƏBƏRLƏR