Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi

Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi
İQTİSADİYYAT
17:11 10.03.2025
892

Birbank-ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi "PO Growth” proqramına start verildi.

AZXEBER.COM xəbər verir ki, proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq.

"PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və "Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verəcək.

Təlimlər məhsulun ideya mərhələsindən başlayaraq, onun müştəriyə çatdırılması və sonrakı analiz mərhələsinə qədər bütün prosesi əhatə edəcək. Bu zaman həm texniki biliklərə, həm də yumşaq bacarıqların formalaşdırılmasına xüsusi diqqət ayrılacaq. Proqram "Agile” metodologiya prinsipləri əsasında təşkil olunub ki, bu da iştirakçılara real iş mühitinə daha sürətli adaptasiya olmaq vərdişləri qazandıracaq.

Qeyd edək ki, Birbank ölkənin ilk banklarından biridir ki, 2018-2020-ci illərdən etibarən "Agile” metodologiyanı öz iş proseslərinə tətbiq etməyə başlayıb. Bu yanaşma sayəsində bankın məhsul inkişafı prosesi daha səmərəli və müştəriyönümlü şəkildə qurulub. Məhz bu təcrübə əsasında yaradılan "PO Growth” proqramı gələcək məhsul sahiblərinin çevik düşüncə tərzində yetişdirilməsini hədəfləyir.

Proqramın açılış mərasimində çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova proqramın əhəmiyyətini vurğulayaraq bildirib: "Birbank olaraq, biz rəqəmsal məhsul idarəetməsi sahəsində əldə etdiyimiz bilik və təcrübəni yeni nəslə ötürməyi, onların inkişafına dəstək verməyi özümüz üçün böyük məsuliyyət və eyni zamanda qürur hesab edirik. İnanırıq ki, "PO Growth” proqramı gənclər üçün həm peşəkar karyera, həm də şəxsi inkişaf baxımından yeni imkanlar yaradacaq. Bu yolda sizə uğurlar arzu edir və gələcək uğurlarınızı səbirsizliklə gözləyirik”.

Birbank-ın həyata keçirdiyi "PO Growth” proqramı, həm bank sektorunda karyera qurmaq istəyənlər, həm də məhsul idarəçiliyi sahəsində peşəkar biliklərini artırmaq arzusunda olanlar üçün dəyərli platforma olacaq. Proqram 4 ay davam edəcək və iştirakçılar bu müddət ərzində intensiv təlimlər və real iş mühiti ilə tanış olacaqlar. Bu, Birbank-ın ölkədə insan kapitalının inkişafı və çevik idarəetmə mədəniyyətinin yayılması istiqamətindəki səylərinin növbəti uğurlu addımıdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı