Azərbaycanı və sizlərin bu dilbər guşəsini ziyarət etməkdən olduqca məmnunam. Mən ölkəmə qayıdan kimi administrasiya başçısına, prezidentə Azərbaycan haqqında bütün təfərrüatları açıqlayacağam.
AZXEBER.COM-un məlumatına görəbu fikirləri Şəkiyə səfəri çərçivəsində Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi bildirib.Kardinal qeyd edib ki, hər bir görüşdə onları böyük məhəbbət və sevgi ilə qarşılayırlar:“Doğrudan bir daha əmin oldum ki, Azərbaycan tolerant bir ölkədir. Ölkənizin ən ucqar bölgəsində xristianlığa aid belə bir tarixi abidənin qorunub saxlanması tarixə verdiyiniz əvəzsiz qiymətdir və buna görə sizlərə minnətdaram”.Vatikan Dövlətinin rəsmisi qeyd edib ki, ölkə rəhbərliyi onlara Azərbaycanın bölgələri ilə tanış olmaq imkanı yaratdığına görə minnətdardır.“Şəki doğrudan da mədəniyyətlərin qovuşduğu, tarixi bir şəhərdir. Burada təbiətin gözəlliyi insanı valeh edir. Hər birinizə bir daha təşəkkür edirəm ki, sayənizdə bu qədim mədəniyyət ocağı ilə tanış olmaq imkanı qazandıq. Bura doğrudan tolerantlıq mərkəzi, qədim mədəniyyət beşiyidir” - deyən kardinal Azərbaycana səfərindən məmnun qaldığını, Şəkiyə heyranlığını gizlətməyib.Kardinal Canfranko Ravazi səfərinin uğurlu olacağına və Azərbaycanla Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.