"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

SİYASƏT
21:37 26.10.2021
290
"Türk və azərbaycanlı sərmayədarlar tərəfindən Zəngilanda həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq”.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda "Dost Aqropark”ın təməlini qoyublar.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.

Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. "Dost Aqropark" kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:24 29.11.2021

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

01:52 29.11.2021

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:32 29.11.2021

Türkiyədə ötən gün koronavirusdan 213 nəfər ölüb

00:01 29.11.2021

Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”

23:51 28.11.2021

İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

23:40 28.11.2021

Tovuzda ölümlə nəticələnən qəza baş verib

23:17 28.11.2021

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

22:57 28.11.2021

İsraildə omikron ştammına yoluxanları kəşfiyyat izləyəcək

22:50 28.11.2021

Ekspertlər iqtisadi əməkdaşlıq təşkilatının regiona müsbət təsirindən danışdı – VİDEO

22:45 28.11.2021

Omikron ştammı digər növlərdən daha yoluxucudur? - ÜST-dən açıqlama

22:39 28.11.2021

Saakaşviliyə yeni diaqnoz qoyuldu

22:15 28.11.2021

İran turistlər üçün vizaların verilməsini bərpa edir

21:55 28.11.2021

Qax sakinlərindən örnək addım – VİDEO

21:49 28.11.2021

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

21:43 28.11.2021

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

21:36 28.11.2021

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşüb