"DOST işğaldan azad olunmuş bölgələrdə də fəaliyyət göstərir”.
AZXEBER.COM xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov "2025-ci ilin yekunları” ilə bağlı keçirilən mətbuat konfransı zamanı deyib.
O vurğulayıb ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib.
Şahanə Ziyad










































