DOST artıq Qarabağda: yeni mərkəz və filiallar istifadəyə verilib

DOST artıq Qarabağda: yeni mərkəz və filiallar istifadəyə verilib
SOSİAL
11:24 30.01.2026
275
"DOST işğaldan azad olunmuş bölgələrdə də fəaliyyət göstərir”.

AZXEBER.COM xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov "2025-ci ilin yekunları” ilə bağlı keçirilən  mətbuat konfransı zamanı deyib.

O vurğulayıb ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, bu ay isə Tərtər filialı istifadəyə verilib. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR