"Dostart.az" portalı pilot layihə kimi fəaliyyət göstərəcək

"Dostart.az" portalı pilot layihə kimi fəaliyyət göstərəcək
SOSİAL
12:04 29.01.2026
329
"Dostart.az portalı hələlik pilot layihə çərçivəsində nəzərdə tutulub”.

AZXEBER.COM xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari "həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülən işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, pilot layihənin 1 il müddətində nəzərdə tutulduğu, gələcəkdə bu platformanın əhatə dairəsinin genişləndirilməsi, ölkə üzrə həssas qruplardan olan digər şəxslərin də bura cəlb olunması planlaşdırılır.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR