Dostları azərbaycanlı “qanuni oğru”ya 10 milyon yığdılar

KRİMİNAL
15:55 05.03.2015
9993
İlham iki ay müddətinə həbs olundu.
Rusiyanın Çelyabinsk vilayətinin polislərinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmış kriminal avtoritet İlham Osmanov iki ay müddətinə həbs olunub.
Bu barədə qərarı Çelyabinskin Mərkəzi rayon məhkəməsi verib. Onunla bir yerdə saxlanılmış Aleksandr Kiriçenko ilə bağlı qərar martın 6-da veriləcək.
Osmanovun müdafiəsi onu 10 milyon rubl (169 000 man.) girov müqabilində azadlığa buraxmağı xahiş edib, lakin məhkəmə xahişi qəbul etməyib.
İstintaqçı qeyd edib ki, Osmanov buraxılsa, azadlıqda olan digər ortağı Oleq Netryasovla gizlənə bilər və onunla hərəkətlərini razılaşdıra bilər.
Bununla yanaşı, Osmanovun həbsdə saxlanılmasını zərəçəkən də xahiş edib. O, bildirib ki, Osmanov ona və ailə üzvləri üçün təhlükəlidir.
///Oxu.az

OXŞAR XƏBƏRLƏR