Xəbər verdiyimiz kimi, bu gün mərhum aktyor Azər Baxşəliyevin doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, aktyorun sənət dostları onun xatirəsini yad etmək məqsədilə xüsusi və duyğusal layihəyə imza atıblar.
Belə ki, musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Rafoya məxsus olan "Sınıq pəncərə" adlı mahnı hazırlanaraq Azər Baxşəliyevin əziz xatirəsinə ithaf edilib.
Mahnını sevilən ifaçılar Elçin Cəfərov və Hiss səsləndirib.
Təqdim olunan klipin süjet xətti izləyiciləri kövrəltməyi bacarıb.
Klipdə tanınmış simalar – İlkin Həsəni və manımı, Tərlan Məmmədhüseynov və xanımı, Fərid Dadaşov və xanımı, Elçin Cəfərov, Hiss, Elşən Orucov, eləcə də Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva yer alıb.
Ekran işinin rejissorluğunu isə Fərman Bəşirli həyata keçirib.
Aysel