"Dostluğun zirvəsində dayanan insan" - BİR TƏLƏBƏNİN TƏBRİKİ

"Dostluğun zirvəsində dayanan insan" - BİR TƏLƏBƏNİN TƏBRİKİ
KÖŞƏ
12:02 26.01.2012
1776

Baba YAŞAROĞLU

BDU  Jurnalistika fakültəsinin  III kurs tələbəsi

Bir insan həyatına nəzər salmaq, xatırlamaq, səmimi xoş sözlər söyləmək həqiqətən də qürurvericidir. Amma yaxından tanımaq istədiyin, haqqında eşitdiyin insanlar da var ki, zaman keçdikcə tanıyırsan, şəxsi münasibətin olur, hətta dost ola bilirsən. Bax, sözün əsl mənasında tanıdığın, dost olduğun insanı nə vaxtsa “dostluğun zirvəsində dayanan insan” deyə xarakterizə edə bilmək bir hünərdir, ona qarşı bir ehtiramdır, bir sevinc hissidir.

O, əsl dost, qayğıkeş, istiqanlı bir Vətən oğludur. Dünyagörüşü, savadı və davranışları ilə tələbələrinə örnək olan bir ziyalı, alim, sağlam demokratik düşüncəli müəllim və hərdən özünün də qeyd etdiyi kimi “sadə bir vətəndaşdır.”

Mənim tanıdığım, özümə dost bildiyim Cahangir Məmmədli belə bir insandır. Həyatda çox az təsadüf olunar ki, müəllimi özünə dost biləsən.

Mənim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığım ilk gündən qayğıkeş, mehriban bir kollektivlə münasibət qurmağa, onları daha yaxından tanımağa, məhz o, köməklik göstərdi. Müəllimlərimin yaradıcılığı, tələbələrə olan münasibəti mənim üçün, ucqar bir rayondan tələbə adını qazanan bir insan üçün maraqlı idi. Elə ilk gündən mənimlə dostcasına salamlaşıb hal-əhval tutan və sonra “doğrudan mı jurnalist olmaq istəyirsən, dədə ?” sualını verərkən bu insanın simasında qayğıkeş bir müəllim ifadəsini gördüm. Düşündüyüm bütün obrazları və illərdir jurnalist olmaq istəyimi xatırlayaraq doğru yerdə olduğumu, doğru müəllimlərdən dərs alacağımı anladım. Cavabımda “bu ixtisası sevərək gəldiyimi, jurnalist olmaq istədiyimi” söylədim. Mənim gələcək dostdum, mənim müəllimim artıq hər şeyi anlamışdı və mənə xoş bir təbəssümün əhatəsində nəsə problemim olarsa ona müraciət edə biləcəyimi bildirdi. Mənim üçün “dostluğun zirvəsində dayanan insanla”, Cahangir Məmmədli ilə ilk əyani tanışlığım bu cür başladı.

Sonralar Cahangir Məmmədli yaradıcılığının nəfis nümunələrini oxumağa başladım. Həqiqətən də jurnalistikamıza töhvə edilən bu qiymətli əsərlərdən çox şey öyrəndim. Nəzəriyyə bölgüsü, etik kodekslər və s.. Jurnalist qələminin ağ kağız üzərində doğru hərəkətini də o kitablardan, o insanın yaradıcılığından öyrəndim.

Bu günə qədər Cahangir Məmmədli yazıb, yaradıb və sabah da yaradacaqdır. Onun qələmindən çıxan yüzlərlə məqalə, ədəbi tənqidə və jurnalistikaya dair yeddi kitab və s. doğrudan da bizlərə bir örnəkdir, bir ərmağandır.

Cahangir Məmmədli əzmkar bir insandır. Onun üzun illər Mətbuat Şurası sədrinin müavini kimi geniş və təqdirəlayiq fəaliyyəti hər kəsə məlumdur. Gərgin əməyi sayəsində qərarların qəbulu, gələcək perspektivlərin müzakirəsində və s. əsas söz sahiblərindən biri idi.

Hələ 2005-ci ildə “İctimai televiziya haqqında Qanun” layihəsi hazırlanarkən Cahangir Məmmədli önəmli müzakirələrə dəvət almışdı və indi də həmin layihənin həmmüəlliflərindən biri sayılır. İTV yaranan zaman onun “Yayım Şurası” təşkil olunmalı idi. Uzun müzakirələrdən sonra doqquz nəfərlik “Yayım Şurası” qanunverici orqanda təsdiq olundu. Daha sonra İTV Yayım Şurası Sədliyinə Cahangir Məmmədli layiq görüldü və qısa bir müddətdə inkişaf strategiyası müəyyən olundu, qabaqcıl yayım texnologiyaları ilə təchiz olunmuş müasir bir binada 500 nəfərə yaxın bir kollektivlə yayıma başlandı. İctimai Televiziya modelinə uyğun verilişlər hazırlandı, milli-mənəvi dəyərlərimizin, tarix və ədəbiyyatımızın əvəzsiz nümunələri bir daha bu sehirli qutu vasitəsi ilə xalqın qəlbinə yol tapdı. Qısa bir zaman kəsiyində uğurlarını sıralayan İTV Avropa Yayımçılar Birliyinin (EBU) mühüm bir konfransını paytaxtımızda düzəmlədi. Bu böyük bir uğur idi. Eyni zamanda, Eurovizion musiqi yarışmasında ilbəil uğurlu iştirak İctimai Televiziyanın nüfuzunu yüksəltdi. Eyni zamanda, bu uğurlar Cahangir Məmmədlinin uğuru idi, onun dostlarının uğuru idi. Onun daima əsas amalı əsl xalq televiziyası, ictimai televiziya modelini Azərbaycanda möhkəmlətmək olub.

Bir neçə gün öncə həmsöhbət olduğum, 2005-2010-cu illərdə İTV YŞ-nın üzvü olmuş Altay Zahidov məhz o illərdən dostluq qurduğu Cahangir müəllimi xarakterizə edərkən bir məqamı da vurğuladı : - “Onun yorulmaq bilmədən xalqı üçün çalışmaq istəyi bütün dostlarının diqqətindədir. Cahangir Məmmədli elə bir insan, elə bir ziyalıdır ki, onunla danışarkən insan mənəvi rahatlıq tapır. Mən onunla dostluğumdan həmişə qürur duyacağam.”

O, eyni zamanda, qayğıkeş və tələbkar bir müəllim kimi həmişə tələbələrinin qəlbinə yol tapa bilir. Həqiqətən də örnək bir ziyalı təbiəti ilə mənəvi zənginliyin vəhdətində gördüyümüz bu insanın münasibət sferası bizlər üçün özünəməxsuz bir nümunədir. Biz tələbələrin iki il öncə “Gənc Repartyorlar Klubu”-nu yaratmaq istəyimizi sevinclə qarşılayan və fəaliyyətimizə hər cür dəstək olan Cahangir müəllim, sözün əsl mənasında, bizimlə dostlaşmışdı. Əksər media mənsubları ilə görüşlərimizdə iştirak edərək bizim sərbəst şəkildə fikir bildirməyimizi, müzakirələrdə aktivliyi məsləhət görüb. Məhz, onun əzmkarlığı və göstərdiyi mənəvi dəstəyin nəticəsində az qala unudulmaq təhlükəsində olan “Jurnalist” tədris qəzeti yenidən və daha maraqlı nümunələrlə “525-ci” və “Şərq” qəzetlərinin iç səhifəsi olaraq bütün Azərbaycana yayımlanmağa başladı. Məhz, onun məsləhəti ilə ilk dəfə olaraq tələbə-yazarlara qonorar verilməyə başladı. Öz tələbələrinə əsl qayğıkeş müəllim münasibəti bu gün də davam edir.

Hələ səksəninci illərdə müəllimləri olmuş Cahangir Məmmədli haqqında “o, çox məğrur bir insan, uzaqgörən bir müəllim kimi tələbələrinə həmişə doğru yolu göstərirdi. Onun amalı bizim Vətənini sevən, tarixini, ədəbiyyatını doğru tanıyan vətəndaş kimi yetişməyimiz olub” – deyən tələbələri bu gün də onunla çiyin-çiyinə çalışır və ən əsası da Azərbaycan jurnalistikasının inkişafı yolunda müəllimlərinə sadiqdirlər.

Bu gün ömrünün çox mühüm bir gününü, 70 illik yubileyini gülər üzlə qeyd edən Cahangir Məmmədli hər kəsə doğmadır, əzizdir. Xalqına, ailəsinə, biz tələbələrinə, müəllim yoldaşlarına və dostlarına...

Hər sözünün, kəlməsinin yerini və qiymətini bilən Cahangir müəllimin söylədiyi fikirlər, əzmkar əməyin hər abzası bizlər üçün yaşayan bir tarixdir, sətirlərə düzüləcək bir ədəbiyyatdır.

70 illik yubileyini qeyd etdiyimiz və bu gün də ruh yüksəkliyi ilə sevinən bir ürəyin istisində, bir təbəssümün əhatəsində yaratmağa, yaşatmağa davam edən müəllimim, “dostluğun zirvəsində dayanan insana”- prof. Cahangir Məmmədliyə ən xoş və səmimi təbriklərimi bildirirəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”