Beşiktaşın Türkali məhəlləsində baş verən hadisədə yeməkxana müdiri İsmail Karabıyık başından silahla vurularaq öldürülüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş bölgəsində 43 yaşlı qəhvəxana müdiri İsmail Karabıyıkı tapança ilə vuraraq öldürən şübhəli Mehmet S polis tərəfindən yaxalanıb.
Əvvəlcə intihar olduğu düşünülən hadisə polisin araşdırmasından sonra qətl kimi qeydə alınıb.
Polis qrupları şübhəlinin hadisə yerinə gəlişinin təhlükəsizlik kameraları tərəfindən qeyd edildiyini təyin edib.
İstintaqda şübhəlinin şəxsiyyətinin Mehmet S. olduğu və öldürdüyü İsmail Karabıyıkdan borc pul götürdüyü, ikilinin daha əvvəl mübahisə etdiyi müəyyən edilib.
Bir müddət əvvəl İsmail Karabıyıkdan 6500 lirə (355 AZN) borc aldığını deyən şübhəlinin onu ödəyə bilməyəndə mübahisə etdiyini daha sonra onu öldürdüyünü etiraf edib.
Gülay