Dostunu öldürərək meyitini yandıran şəxs 14 il azadlıqdan məhrum olundu

Dostunu öldürərək meyitini yandıran şəxs 14 il azadlıqdan məhrum olundu
17:32 12.03.2013
1336

Bakı Ağır Cinayətlər Məhkəməsində 28 yaşlı Natiq Nəsrullayevin məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Natiq Nəsrullayev 14 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, ötən ilin mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində “Azvirt” MMC-də iş icraçısı işləyən Bakı şəhər sakini, 29 yaşlı Akim Əfəndiyevi yaşadığı bağ evində Natiq Nəsrullayev qətlə yetirib.N.Nəsrullayev A.Əfəndiyevlə sonuncunun Pirquludakı bağ evinə yeyib-içməyə gediblər. İçki məclisindən sonra Natiq tamah məqsədilə yatmış olan Akimə 4 bıçaq zərbəsi vuraraq qətlə yetirib, evdə olan 1500 manatı götürüb. N.Nəsrullayev izi itirmək məqsədi ilə evi yandırıb.

OXŞAR XƏBƏRLƏR