Dostunun toyuna gedən qadının cansız bədəni tapıldı

Dostunun toyuna gedən qadının cansız bədəni tapıldı
DÜNYA
12:41 31.03.2025
306
Berlindən olan 23 yaşlı Michaela Mickova Filippində toy mərasiminə qatıldıqdan iki gün sonra yoxa çıxıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Filippin polisi gənc qadını tapmaq üçün vətəndaşlara pul təklif edib.

Mayklın yarıçılpaq cəsədi adadakı tərk edilmiş bir kilsədə tapılıb. Yarılma nəticəsində onun cinsi təcavüzə məruz qaldığı və döyülərək öldürüldüyü müəyyən edilib.

Filippin polisi hadisə ilə bağlı 3 nəfərin saxlanıldığını açıqlayıb. 

İstintaqın məlumatına görə, üç şübhəli şəxs Michaelanın foto çəkdirdiyini görüb və ona yaxınlaşıb. Sonra onu taxta çubuqla döyərək, kilsəyə sürükləyiblər, cinsi zorakılığa məruz qoyub və hadisə yerindən qaçıblar.
 
Gülay
OXŞAR XƏBƏRLƏR