Türkiyəli müğənni Doğuş (Orhan Baltacı) uzun illərdən sonra pərəstişkarlarını sevindirib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi "Geçmicek" adlı yeni klipini sevənlərinin ixtiyarına verib. Mahnının söz və musiqisi Doğuşun özünə aiddir.
Klipin rejissorluğunu Recep Yenigün edib. Mahnının aranjımanı Gökhan Brudoya aiddir.
"Geçmicek" adlı ekran işi sənətçinin şəxsi yutub kanalına yerləşdirlib.
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkiz övladları var.