Türkiyəli müğənni Doğuş yeni film layihəsinin olduğunu bildirib.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda sosial media hesabında izləyiciləri ilə sual-cavab edərkən danışıb.
Sənətçi aktyorluq və müğənnilik arasında seçim etməkdə çətinlik çəkdiyini deyib:
"Həm müğənnilik, həm aktyorluq məni xoşbəxt edir. Aktyorluq üçün çox əziyyət çəkmişəm, teatr təhsili almışam. Mahnı oxumaq isə ruhumu dinləndirən yeganə şeydir. Bu mənim üçün Allahın hədiyyəsidir. İndi yeni film layihəm var. Gözləyin!".
Aysel