Azərbaycanda doğuş zamanı ana öldü

Azərbaycanda doğuş zamanı ana öldü
SOSİAL
16:46 09.01.2024
715
Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ölüm hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, səhər saatlarında icra olunan doğuşdan sonra ana qanaxma səbəbindən dünyasını dəyişib, körpə isə sağdır.

Mərhumun yaxınlarının AZXEBER.COM-a verdiyi məlumata görə bu, ananın dördüncü hamiləliyi olub. Yeni doğulan körpədən əlavə, ailənin üç azyaşlı övladı daha var.

Qeyd edək ki, ana bu gün dəfn olunub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR