Dr. Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik toplantısında iştirak edib

Dr. Kamran Musayev Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin illik toplantısında iştirak edib
SAĞLAMLIQ
22:32 06.09.2017
1714
1-4 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq Konfransı keçirilib. Dünyanın bir çox ölkəsinin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi toplantıda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb.

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib.

Konfransda "Aortal qapağın təmiri – Bakı təcrübəsi” (Isolated aortic valve repair- Baku experience) mövzusunda çıxış edən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Dr. Kamran Musayevin bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər. Dünyanın qabaqcıl mərkəzlərində aparılan "qapaqların təmir olunması əməliyyatlarının” Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.

Dr. Kamran Musayev praktik fəaliyyətlərində daim dünya ürək cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün bu kimi beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib.

"Dünya Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə mübadiləsi aparmağımıza, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər barədə əcnəbi kolleqalarımızı məlumatlandırmağa imkan verdi.”

Konfrans zamanı Qazaxıstanın yerli televiziyasına müsahibə verən Dr.Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlər barədə geniş məlumat verib.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
23:07 08.06.2026
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video