Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri - VİDEO
SOSİAL
10:30 23.06.2026
328
Mərdəkan qəsəbəsində dənizdə batan gənclərin faciədən əvvəl çəkilmiş son görüntüləri yayılıb.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədə yayılan götüntülərdə gənclərin dəniz sahilində birlikdə vaxt keçirdikləri əks olunub. Bildirilir ki, görüntülər onların dənizə daxil olmalarından qısa müddət əvvəl lentə alınıb.

Qeyd edək ki, hadisə Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Dənizdə batan şəxslərdən 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitləri FHN-in dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Dənizdə batan dördüncü şəxs – 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları isə hazırda davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR