Dörd ölkənin XİN rəhbəri İslamabadda görüşdü

Dörd ölkənin XİN rəhbəri İslamabadda görüşdü
DÜNYA
22:05 29.03.2026
257
Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.

Bu barədə məlumatı Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar tərəflər arasında danışıqların yekununa dair mətbuat konfransında açıqlayıb. 

"Biz regiondakı müharibənin tezliklə və yekun olaraq başa çatması yollarını müzakirə etdik. Bu müharibənin heç kəs üçün əlverişli olmadığına və yalnızca dağıntı, tələfata səbəb olduğuna dair razılığa gəldik”, - pakistanlı nazir deyib.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR