Dörd rayona yeni prokuror təyin edildi

Dörd rayona yeni prokuror təyin edildi
SOSİAL
13:00 28.02.2024
269
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, dörd rayona yeni prokuror təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov, Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyin olunublar.
OXŞAR XƏBƏRLƏR