İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başlatdığı rüşvətxorluq üzrə təhqiqat çərçivəsində İstanbul meri Ekrem İmamoğlunun polisdə hansı ifadələr verdiyi məlum olub.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, E.İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq", "Məqsədli fırıldaqçılıq", "Şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi" və "Tender saxtakarlığı" maddələri üzrə başlayan təhqiqat davam edir.
İstanbul merinin bu çərçivədə polisdə dindirilməsi üç saat 40 dəqiqə davam edib. Onun 121 səhifəlik ifadə verdiyi üzə çıxıb.
Aylıq gəlirinin 250 min türk lirəsi (təqribən 11 min manat) olduğunu söyləyən E.İmamoğlu daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlaklar barədə suallara "Aktivlərim barədə bəyan etmişəm" cavabını verib:
"İmamoğlu İnşaat" 36 ildir ailəmizə məxsus şirkətdir. Bələdiyyə sədri seçiləndən sonra şirkətdə imza səlahiyyətim yoxdur".