"DreamDoll Bri" Floridada atışmada öldü

"DreamDoll Bri" Floridada atışmada öldü
DÜNYA
10:06 07.07.2026
207
"DreamDoll Bri" təxəllüsü ilə tanınan 21 yaşlı "TikTok" influenseri Brianna Conson Amerikanın Florida ştatında atışma nəticəsində həlak olub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki,  insident iyulun 5-də səhər saatlarında Miramar şəhərində baş verib.

Telekanalın məlumatına görə, Conson "Lamborghini Urus" avtomobilinin sükanı arxasında olarkən, maşına ağ rəngli sedan yaxınlaşıb və oradan naməlum şəxslər atəş açıblar.

Bloger hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha iki nəfər son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin şəxsiyyəti və cinayətin motivləri müəyyənləşdirilir.

Qeyd edək ki, "Gun Violence Archive" qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-nin Müstəqillik Gününün qeyd edildiyi üç gün ərzində ölkədə 100 nəfər atışmanın qurbanı olub, daha 340 şəxs yaralanıb.
OXŞAR XƏBƏRLƏR