Afrika Millətlər Kubokunda D qrupu çərçivəsində son iki matç keçirilib. Əlcəzair millisi qrup lideri Fil Dişi Sahili yığması ilə qarşılaşıb. Görüşdə azarkeşlər 4 qola şahidlik edib. Hərəyə 2 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb – 2:2.Qeyd edək ki, günün digər matçında isə Toqo ilə Tunis münasibətlərinə aydınlıq gətirib. Bu matçda da qalib müəyyənləşməyib – 1:1. Beləliklə, Fil Dişi Sahili ilə Toqo pley-offa vəsiqə qazanıb.