AZXEBER.COM-un məlumatına görə, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyunun 63-cü dəqiqəsində İstanbul klubunun yeni ulduz trasferi Didye Droqba meydana çıxıb. O, meydana çıxandan cəmi 5 dəqiqə sonra qola imza atıb və “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bundan 2 dəqiqə sonra isə Didye Droqbanın ötürməsi ilə Burak Yılmaz komandasının hesabdakı üstünlüyünü iki qola çatdırıb. 85-ci dəqiqə Sertan meydan sahiblərinin təsəlli qolunu vurub - 2:1.