Droqba ''Yuventus''un təklifindən imtina etdi

İDMAN
15:36 07.09.2012
1298

Çinin "Şanxay Şenhua" klubunun hücumçusu Didye Droqba İtaliyadanyeni təklif alıb.

Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, "Çelsi"nin sabiq futbolçusu "Yuventus"un maraq dairəsinə düşüb.

Hücum xəttində ciddi sıxıntı yaşayan son İtaliya çempionu Droqbanı transfer etmək üçün futbolçu ilə danışıqlara başlayıb. Lakin Avropaya qayıtmaq istəmədiyini bildirən 34 yaşlı futbolçu "Yuventus"un təklifindən imtina edib.

Qeyd edək ki, Droqba "Şaxay Şenhua" klubu ilə iki illik müqavilə imzalayıb.

OXŞAR XƏBƏRLƏR