DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu

DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
SOSİAL
20:31 24.08.2026
205
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev yeni vəzifəyə təyin olunub.

O, sədrin müşaviri təyin olunub.

Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.

Komitədən məlumatı təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR