DSMF-nin şöbə müdiri və 6 işçi koronavirusa yoluxdu

DSMF-nin şöbə müdiri və 6 işçi koronavirusa yoluxdu
SOSİAL
11:23 09.06.2020
1595
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVİD-19) testinin nəticələri pozitiv çıxıb: "Hazırda əməkdaşlarımızın vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur. Şöbədə COVİD-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib".
OXŞAR XƏBƏRLƏR