Qaxda avtomobillə piyadanı vuraraq öldürən sürücünün vəzifəli şəxs olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Zaqatala şəhər sakini Turan Əsədovdur.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.
Sürücü Turan Əsədov rayonun Ləkit kəndi ərazisində piyadanı vurduqdan sonra onu həmin avtomobillə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, artıq gec olub.
///report