DSX Akademiyasının kursantı yol qəzasında həlak oldu

DSX Akademiyasının kursantı yol qəzasında həlak oldu
SOSİAL
00:51 14.02.2023
532
Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunundan AZXEBER.COM-a bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.
OXŞAR XƏBƏRLƏR