DSX-nin 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib

DSX-nin 2 hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib
SOSİAL
10:06 09.06.2024
242
Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR