DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI

DSX-nin Akademiyasındakı yanğında zəhərlənənlərin son vəziyyəti AÇIQLANDI
SOSİAL
10:18 07.12.2022
124
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, yanğın hadisəsi ilə əlaqədar TƏBİB-in tebeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib:

"Onlar ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, ötən gün DSX-nin Akademiyasındakı baş verən yanğın zamanı 14 nəfər tüstüdən zəhərlənib.
OXŞAR XƏBƏRLƏR