DSX-nin hərbi qulluqçusu vəfat etdi

DSX-nin hərbi qulluqçusu vəfat etdi
SOSİAL
21:37 17.08.2022
766
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu avqustun 17-də DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Bu barədə AZXEBER.COM-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir", - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR