DSX: Qazaxda sərhəd döyüş məntəqələri atəşə tutulub

DSX: Qazaxda sərhəd döyüş məntəqələri atəşə tutulub
SOSİAL
22:07 08.03.2020
2819
Bu gün saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb.

Sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR