Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Rusiya sərhədçilərinin qanunsuz olaraq Azərbaycan ərazisinə keçmələri və atəş açmaları barədə məlumatlara münasibət bildirib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, DSX-nın mətbuat mərkəzindən bildirilib ki, Rusiya sərhədçilərinin Azərbaycan ərazisinə daxil olması, Qafqaz dağ keçisi sürüsünə atəş açması haqqında mətbuatda yazılanlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, ümumiyyətlə, Azərbaycan-Rusiya sərhədində hər hansı insident qeydə alınmayıb.