Qaçaqmalçılıqla mübarizə fəaliyyətləri nəticəsində ümumi dəyəri təqribən 3 milyon 405 min 367 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, zinət əşyaları və spirtli içkilər saxlanılmışdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri barədə açıqladığı məlumatda bildirilib.
Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.