DSX-yə yeni sözçü təyin olundu

DSX-yə yeni sözçü təyin olundu
SOSİAL
11:03 06.09.2021
734
Dövlət Sərhəd Xidmətində (DSX) kadr təyinatı olub.

Bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev qurumun Mətbuat Mərkəzinin mətbuat katibi vəzifəsinə təyin edilib.

DSX-nin Mətbuat Mərkəzi "Report”a faktı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR