DTX azərbaycanlı “canlı bomba” ilə bağlı araşdırmaya başladı

SOSİAL
15:58 01.04.2016
2460
Azərbaycanda və Türkiyədə yeni terror hadisələrinin planlaşdırılması barədə xüsusi xidmət orqanlarına istinadən xəbərlər yayıldı.
Məlumata görə, Rusiya Federasiyası pasportu daşıyan, Azərbaycan əsilli İsa Tupolov adlı daha bir terrorçu Suriyanın Rai bölgəsindədir. Həmin terrorçunun Türkiyə və Azərbaycanda terror hadisələrini planlaşdırdığı məlumatları var.
Bəs Azərbaycan bu terrordan necə sığortalanacaq? Bu xəbər ölkəmizdə xüsusi xidmət orqanlarının diqqətini çəkdimi? Bu suallara aydınlıq gətirmək üçün lent.az Dövlət Təhlükəsizlik Xidmətinin ctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevlə əlaqə saxlayıb.
DTX-ın sözcüsü bildirib ki, mətbuatda yayımlanan xəbərləri izlənilir: “O, cümlədən yayılan bu xəbərdən də məlumatlıyıq. KİV-də yayılan bütün məlumatlarla bağlı araşdırma aparırıq”.

OXŞAR XƏBƏRLƏR